KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

09.08.2019

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də və 6-da rayon ərazisindəki 2 evdən musiqi aləti, pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Nəzərov saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 21-də rayon ərazisindəki mağazaların birindən 300 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin mart-iyun ayları ərzində rayon ərazisindəki 1  mağazadan 5 ədəd mobil telefon, 2 avtomobildən akkumulyator, habelə 2 evin həyətindən velosiped oğurlamaqda  şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisindəki 4 avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Musayıbov saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əbdulmanafovun evindən 50 qram heroin, 1,726 qram marixuana, 1,12 qram metadon həbi və həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.