KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

10.08.2019

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisində “Lada Priora” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir avtomobildən içərisində 60 manat olan pul kisəsi, 2 ədəd qidalandırıcı qurğu və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da Bakı şəhər sakini V.Əhmədova məxsus “QAZel” markalı avtomobildən 40 manat pul oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini S.Əliyev saxlanılmışdır.