KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 14-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini F.Novruzova məxsus “Lexus” markalı...

14.08.2019

Avqustun 14-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini F.Novruzova məxsus “Lexus” markalı avtomobil qaçırılmışdır. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hadisəni törətmiş onun oğlu Qobustan rayonu ərazisində saxlanılmışdır. Araşdırmalar RPİ tərəfindən aparılır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də Bakı şəhər sakini T.Əliyevaya məxsus avtomobildən 5000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini E.Hüseynov saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də Bakı şəhər sakini Z.Alxosova məxsus “VAZ-2103” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Namazov saxlanılmışdır.

Avqustun 14-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən bankomatların birinin qarşısında özünü bankın əməkdaşı kimi təqdim edib vətəndaşların kartlarını digər kartla dəyişdirərək pullarını mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Nuriyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün 13-cü PB-yə təhvil verilmişdir.