KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 15-də saat 1 radələrində 2 naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində...

21.08.2019

Avqustun 15-də saat 1 radələrində 2 naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı  döyüb 70 manat pulunu və mobil telefonunu almışdır.Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılmışlar.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 16-da rayon ərazisindəki evlərin birindən noutbuk və videokamera oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Rüstəmov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun  rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 2 ədəd mobil telefon və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Ağayev saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisindəki mağazaların birindən  20000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini  M.Əliyev saxlanılmışlar.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisindəki sexlərin birindən  2000 manat pul, drel və mobil telefon oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini N.Zülfüqarov saxlanılmışdır.

Avqustun 20-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini R.Əhmədovun 70 manat pulunu soyğunçuluq yolu ilə almışdır. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Şıxəliyev saxlanılmışdır.

Xətai RPİ 34, 35 və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisində 2 avtomobildən 2800 manat pul, 2 ədəd mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəlilov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 6 avtomobildən pul, sənəd, videoqeydiyyat qurğusu, akkumulyator və kosmetik əşyalar oğurlaması da müəyyən edilmişdir.