KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə gəlmiş...

25.08.2019

Avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə gəlmiş naməlum şəxsin ona yumruqla xəsarət yetirməsi, evə girərək oradan 1800 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Rizvanov saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş S.Mansurov saxlanılmışdır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində A.Lujanskini bıçaqla hədələyib quldurluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Əzimov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş A.Məcidovun ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir avtomobildən şüşəni sındırmaq yolu ilə 300 ABŞ dolları oğurlaması, daha bir  avtomobilin isə yan şüşəsini sındırması müəyyən edilmişdir.