KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 20-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini ...

20.10.2019

Oktyabrın 20-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Fərrux Həmidovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
 
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-dən 13-dək olan müddətdə rayon ərazisindəki 2 mağazadan pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynov və Qəbələ rayon sakini N.Ələkbərov saxlanılmışlar.

Oktyabrın 2-də saat 9 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə velosiped sürən Bakı şəhər sakini C.Həsənov vurulmuşdur. Nəticədə velosipedçiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Cəfərov saxlanılmışdır.