KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 25-də saat 14 radələrində paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində...

25.11.2019

Noyabrın 25-də saat 14 radələrində paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində Bakı şəhər sakini M.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Güləvər Əhmədovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 25-də saat 23 radələrində Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini E.Əliquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pakizə Axundovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Hüseynovun mobil telefonunu oğurlamaqda  şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılmışdır.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərmiş, 1 evin girişindən elektrik açarı və C.Novruzova məxsus “Changan” markalı avtomobildən pul, fleşkart, qulaqcıq və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş C.Əliyev saxlanılmışdır.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində S.İbadovaya zor tətbiq edərək  soyğunçuluq yolu ilə içərisində 2 ədəd mobil telefon və planşet olan çantanı almaqda şübhəli bilinən  Bakı şəhər sakini R.Ağayev saxlanılmışdır.