KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri...

26.11.2019

Binəqədi RPİ 5-ci PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Azadlıq prospektində Bakı şəhər sakini M.Əsgərovun içərisində 300 manat, 1000 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Quliyeva saxlanılmışdır.

Noyabrın 26-da saat 20 radələrində Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini F.Məmmədov vurulmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup naməlum şəxsin onu hədələyib 7000 manat pul tələb edərək “Mercedes” markalı avtomobilə oturdub evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirmişdir.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini N.Eminov, habelə qrupun digər üzvləri - Tərtər rayon sakini S.Abbasov və Masallı rayon sakini R.Quliyev polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Ağayev noyabrın 22-də Təbriz küçəsində bir nəfərin onu bıçaqla hədələyərək mobil telefonunu aldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini İ.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Nərimanov RPİ-də araşdırma aparılır.