KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən ...

03.12.2019

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini Z.Qasımov noyabrın 29-da Nəsimi rayonunun Moskva prospektindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Bakı ŞBPİ CAİ və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.İsmayılov, Abşeron rayon sakinləri T.Əmiraslanov, S.Nəzərov və A.Alxanov saxlanılmışlar. Avtomobil T.Əmiraslanovun Hökməli qəsəbəsindəki evinin həyətində aşkar edilmişdir. 

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul, mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən noyabrın 26-da rayon ərazisindəki mağazaların birindən 1400 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.