KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

16.12.2019

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 15-də rayon ərazisindəki hostellərin birində yaşayan Pakistan vətəndaşı H.Hamzanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Mərakeş vətəndaşı E.Abdelkhalek saxlanılmışdır.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-dən 10-dək olan müddətdə Maştağa qəsəbəsindəki evlərdən birinin həyətindəki saxlanc yerindən kombi aparatı, 2 ədəd istilik radiatoru və 1 ədəd samovar oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş E.Əliyev saxlanılmışdır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini Ş.Musayeva saxlanılmışdır.Ətrafında aparılmış tədbirlərlə onun cari il noyabr ayında Bakı şəhər sakini S.Cabbarovanı aldadıb ondan 500 manat alması da müəyyən edilmişdir.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də paytaxt sakini A.Sultanovanın çantasından 200 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Mustafayev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş R.Namazovun ətrafında Bakı ŞBPİ və Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini V.İsmayılovanın içərisində 1500 manat olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Dekabrın 16-da Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Sultanov dekabrın 14-də Biləcəri qəsəbəsi ərazisindən “Honda” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.  Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini Ş.Ələkbərli dekabrın 16-da saat 19 radələrində Bakıxanov küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək mobil telefonunu aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qurbanov, S.Məcidov və Ü.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılmışlar.S.Məcidovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 18 radələrində Ü.Bünyadzadə küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini Ə.Kərimlini döyməsi də müəyyən edilmişdir.Araşdırma aparılır.