KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən dekabrın 2-də rayon ərazisində...

25.12.2019

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən dekabrın 2-də rayon ərazisində “Ford” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Məmmədzadə saxlanılmışdır.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəndəki 3 evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Y.Rzayevin ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki tam orta məktəblərdən birinin sinif otağından 3 ədəd noutbuk oğurlaması da müəyyən edilmişdir.