KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini ...

11.01.2020

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini Ş.Mustafayev yanvarın 8-də qəsəbə ərazisində 2 nəfərin ona hədə-qorxu gələrək 500 manat verməsini tələb etdiklərini bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Yevlax rayon sakini O.Namazov və Goranboy rayon sakini T.Hüseynov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.


Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 17-də rayon ərazisindəki mağazaların birindən 800 manat dəyərində quru meyvələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Tahirov saxlanılmışdır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayon ərazisində 1 avtomobildən 200 manat, salon güzgüsü, 4 ədəd səsgücləndirici və sənəd oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini R.Ağazadə saxlanılmışdır.

Soyğunçuluq etdiyinə görə tutulmuş Ə.Stupkanın ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən su mühərriki, inşaat materialları, velosiped və məişət əşyaları, 1 mağazadan 650 manat və tütün məmulatı, habelə 1 kafedən kombi aparatı oğurlaması da müəyyən edilmişdir.


Oğurluq etdiyinə görə tutulmuş R.İbrahimovun ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 evdən pul, qızıl üzük, elektrik naqili, kombi aparatı, elektrik tənzimləyicisi, geyim əşyası və su mühərriki oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini E.Abışov yanvarın 9-da saat 1 radələrində qəsəbə ərazisində 1 nəfərin ona zor tətbiq edərək pulunu aldığını bildirmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Solodçenko saxlanılmışdır.Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır.Araşdırma aparılır.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 21-də rayon ərazisindəki evlərin birindən 5500 manat, 1000 dollar və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mirzəyev saxlanılmışdır.


Nəsimi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakini F.Drusnar və Abşeron rayon sakini F.Qarayev saxlanılmışlar. Şəxsi axtarış zamanı F.Drusnardan 15 qrama yaxın heroin və F.Qarayevdən isə 336 qramdan artıq heroin, 243 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.