KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini R.Kərimov yanvarın 16-da...

16.01.2020

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini R.Kərimov yanvarın 16-da Ə.Naxçıvani küçəsindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.

Yanvarın 16-da saat 8 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Salmanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür.
Davam etdirilən tədbirlərlə A.Salmanovun narkotik vasitəni Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Rzayevadan alması müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə onun evindən 1 kiloqram 256 qram heroin aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ 42-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Ağayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana, “Mercedes” markalı avtomobilindən isə 3 kiloqram 111 qram marixuana və 1 kiloqram heroin aşkar edilərək götürülmüşdür.