KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əcnəbi vətəndaşın cibindən...

17.01.2020

Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əcnəbi vətəndaşın cibindən 250 manat və 375 ABŞ dolları oğurlamaqda şübhəli bilinən E.Lətifov və O.Abdullayev müəyyən edilərək saxlanılmışlar.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 17-də rayon ərazisindəki kafelərin birindən oranın sahibi, Bakı şəhər sakini C.Şahlarovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədov saxlanılmışdır.Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş A.Məmmədovun ətrafında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini T.Əhədovanın çantasından içərisində 400 manat, sənəd və 3 ədəd yaddaş kartı olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş V.Salamovun ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lökbatan qəsəbə sakini T.Əmirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yardımlı rayon sakinləri O.Kərimi və Z.Məmmədova da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onların qəsəbə ərazisində kirayədə yaşadığı mənzildən 1,1 kiloqrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 17-də rayon ərazisindəki marketlərin birində Bakı şəhər sakini Ş.Rəfiyevanın içərisində 300 manatı olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini T.Yusifzadə saxlanılmışdır.

Yanvarın 17-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurmuşdur.Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.Xəzər RPİ tərəfindən araşdırma aparılır.