KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri...

28.01.2020

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Z.Məlikovdan “Minta-37” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülmüşdür. Faktla əlaqədar cinayət işi başlanmışdır.

Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 həyətyanı sahədən su qızdırıcıları və su mühərriki oğurlaması da müəyyən edilmişdir.