KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

31.01.2020

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 350 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş G.Xəlilova saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birinin zirzəmisindən 2 ədəd laqunda, 3 ədəd kombi aparatının mühərriki və 30 kiloqram mis məftil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qafarov saxlanılmışdır. 

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 500 manat və 200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əmrayev saxlanılmışdır.