KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən...

02.02.2020

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 1-nə keçən gecə Nobel prospektindəki gecə klublarının birindəki seyfdən 3400 manat oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki telefon mağazalarının birindən pul və 6 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən R.Nəsirov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-də rayon ərazisindəki gözəllik salonlarının birindən 4500 manat oğurlaması da müəyyən edilmişdir.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də rayon ərazisindəki evlərin birindən 5000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalova saxlanılmışdır.

Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini H.Yunusovdan “Baykal MP 654 K” markalı pnevmatik tapança aşkar edilərək götürülmüşdür.

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Əlili yanvarın 30-da saat 17 radələrində bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirmişdir.
Bakı ŞBPİ və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini E.İbrahimov müəyyən edilərək saxlanılmışdır.