KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

03.02.2020

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini H.Qasımov saxlanılmışdır.

Fevralın 3-də saat 8 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini F.Ömərov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolun kənarında dayanmış, həmin ərazidə xidmət edən DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı N.Məhərrəmovu vurmuş və idarəetməni itirdiyindən avtomobil Bakı şəhər sakini P.İsmayılovaya dəymişdir. Nəticədə polis əməkdaşı aldığı xəsarətlərdən hadisə yerində ölmüş, P.İsmayılovaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki aksesuar mağazalarının birindən 1010 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri olan 6 nəfər saxlanılmışdır.

Xətai RPİ 36 və 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Bakı şəhər sakini Y.Həmidovaya zor tətbiq edib soyğunçuluq yolu ilə içərisində 105 manat olan çantasını almaqda şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev saxlanılmışdır.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki evlərin birindən 1000 manat və 16.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin qızı və Bakı şəhər sakini Ə.Məmmədov saxlanılmışlar.