KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ...

15.02.2020

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan iki nəfərin ümumilikdə 700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Y.Ramazanov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş N.Dadaşovun ətrafında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun xətt avtobuslarında Bakı şəhər sakinləri olan 3 qadının çantalarından pul, bankomat kartı və sənəd oğurlaması da müəyyən edilmişdir. 

Daxil olmuş məlumat əsasında Səbail RPİ 41-ci PB əməkdaşlarının rayon ərazisində yaşayan İ.İbrahimovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 kiloqram 285 qram heroin və 40 ədəd psixotrop həb aşkar edilərək götürülmüşdür. 

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 31-də Bakıxanov qəsəbəsinin ərazisində yerləşən stomatoloji klinikaların birində vətəndaşa məxsus içərisində 1070 manat və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ələkbərov saxlanılmışdır.


Nizami RPİ əməkdaşlarının əld edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Seyidov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 220 qrama yaxın heroin və 145 qrama yaxın metamfetamin götürülmüşdür.

Oğurluğa cəhd göstərdiyinə görə saxlanılmış A.Əlimərdanovun ətrafında Yasamal RPİ 26 və 27-ci PB-lərin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 5 avtomobildən pul, mobil telefon, parfyumeriya, yan pərdələr və sənəd oğurlaması da müəyyən edilmişdir.