KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 20-də saat 7 radələrində Səbail rayonunun ...

20.02.2020

Fevralın 20-də saat 7 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini N.Atabalayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Nərminə Mahmudovanı vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Məmmədxanlı fevralın 18-də R.Məmmədov küçəsindən “Toyota Prado” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. 
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 19-cu PŞ və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini H.İsmayılov Göyçay rayonu ərazisində saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş K.Nəcəfovun ətrafında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 4  avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 5 həyətyanı sahədən su sayğacı, nasos və çən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Salamov saxlanılmışdır.

Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini M.Mustafayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 905 qram heroin aşkar edilərək götürülmüşdür.