KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının ...

21.02.2020

Bakı ŞBPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Bakı şəhər sakini T.Xıdırovanın xəsarət alması ilə nəticlənmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən motosiklet sürücüsü - Yevlax rayon sakini T.Məmmədli saxlanılmışdır. 

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Abdullayeva və X.Səfərzadə saxlanılmışlar. 

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də A.M.Şərifzadə küçəsindəki mağazaların birindən 3800 manat dəyərində 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Abbaslı saxlanılmışdır.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri birgə reydlər nəticəsində bir köşkdə və bir marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir.
Həmin satıcılar – A.Səmədov və Z.Bağırova barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Bəhrəmovanın bankomat kartından 490 manat pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.İmanov saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobillərdən maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəlilov saxlanılmışdır.