KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ...

23.02.2020

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki evlərin birindən 700 manat dəyərində televizor və yataq dəsti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məlikov saxlanılmışdır.

Fevralın 22-də saat 21 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini F.Fətullazadə idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Tahir Məmmədovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 23-də saat 7 radələrində orada ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Fevralın 23-də saat 13 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Mahmudlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Şərqiyə Əliyevanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Fevralın 23-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Orxan Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.