KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə ...

24.02.2020

Fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilmişdir. Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılmışdır.  Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Fevralın 21-də Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı otellərin birində cibindən 300 manatının oğurlandığını bildırmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini A.Abışlı polis əməkdaşları tərəfindən saxlanılmış və törətdiyi əməli etiraf etmişdir.  
Araşdırma aparılır.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Buzovna qəsəbəsində yaşayan F.Dadaşov fevralın 23-də qəsəbə ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev fevralın 24-də Qala qəsəbəsinin ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır.