KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 1-də saat 19 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini...

01.03.2020

Martın 1-də saat 19 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Daşqın Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili elektrik dirəyinə vurmuş və nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də rayon ərazisindəki həyətlərin birindən velosiped və avtomobilə aid 4 təkər oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri E.Ələkbərli və əvvəllər  məhkum olunmuş İ.Quliyev saxlanılmışlar.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 150 manat pul, 4500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən E.Şıxəliyev və qrupun digər üzvləri Bakı şəhər sakinləri A.Cəbrayılov və M.Şıxəliyev saxlanılmışlar.