KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində...

13.03.2020

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki ofislərin birindən 2157 manat pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun gözəllik salonlarının birindən 1220 manat, bir mağazadan isə 100 manat pul və 300 manat dəyərində mobil telefon oğurlaması da  müəyyən edilmişdir.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Ağayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür. 

Oğurluq etdiyinə görə tutulmuş Ə.Kazımovun ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 avtomobildən pul, mobil telefon, maqnitofon və səsgücləndirici oğurlaması da müəyyən edilmişdir.