KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş R.Əliyevin ətrafında Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları...

10.03.2020

Oğurluq etdiyinə görə tutulmuş R.Əliyevin ətrafında  Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 1 həyətyanı sahədən 3000 manat dəyərində məişət əşyaları və bağ evlərinin birinin zirzəmisindən 1480 manat dəyərində kombi aparatı və su mühərriki oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 2 mağazadan ümumilikdə 6650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov saxlanılmış, digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir. 

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də metronun “28 May” stansiyasının platformasında Masallı rayon sakini A.Əhmədovanın çantasından içərisində 80 manat və sənədləri olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Niyazov saxlanılmışdır.