KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

26.04.2020

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən 1000 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Bədəlov saxlanılmışdır.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisində “Ford” markalı avtomobildən içərisində 300 manat pul və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Səfərov saxlanılmışdır.

Aprelin 26-da saat 20 radələrində Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində qəsəbə sakinləri Oleq Qarkaviyin idarə etdiyi “Hyundai” və Ə.Dilavərovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşmuşdur. Nəticədə O.Qarkaviy xəstəxanaya aparılarkən yolda ölmüş, 1 sərnişini, habelə digər sürücü və onun 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.