KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən ...

29.04.2020

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.İsmayılov aprelin 29-da A.M.Cümə küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırılmasını  bildirmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqiyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəfərov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır.
 
Araşdırma aparılır
 
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 manat pul, 100 manat dəyərində bəzək əşyaları və 1200 manat dəyərində 2 ədəd “Rolex” markalı qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Məsimov saxlanılmışdır.


Aprelin 29-da saat 23 radələrində Nərimanov rayonunun K.Rəhimov küçəsində Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən paytaxt sakini Fəridə Ələkbərovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.