KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

20.05.2020

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 400 manat pul, 2 evdən pul, məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əkbərov saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Pənahov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 1 mağazadan, 1  gözəllik salonundan,  1 şirniyyat sexindən pul oğurlaması da müəyyən edilmişdir.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında Maştağa qəsəbə sakini M.Bağırovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-da rayon ərazisindəki kompyuter salonlarının birindən 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakinləri E.Cəfərov və əvvəllər məhkum olunmuş R.Allahquliyev saxlanılmışdır.
Ətraflarında aparılmış tədbirlərlə ilə onların mayın 17-də daha 1 kompüter salonundan 650 manat dəyərində oyun aparatları və diskləri oğurlamaları da müəyyən edilmişdir.