KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının...

11.06.2020

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yaşayan R.Cabbarovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 172 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 35-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-dən iyunun 10-dək olan müddətdə rayon ərazisindəki mənzillərin birindən 50.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri D.Borisov və R.Vəliyev saxlanılmışlar.