KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə ...

19.06.2020

İyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda polis əməkdaşlarının “saxla” tələbinə tabe olmayıb hərəkətini davam etdirmiş 4 sərnişin avtobusları saxlanılaraq müvəqqəti duracağa yerləşdirilmişdir. Sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir. Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ RPİ 11-ci  PB-yə təhvil verilmişdir.