KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının ...

21.06.2020

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Orucov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin götürülmüşdür.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də rayon ərazisindəki evlərin birindən 230 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.İsgəndərov saxlanılmışdır.

Pirallahı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 107 qram və qəsəbənin ərazisində gizlətdiyi 1 kiloqram 885 qram marixuana aşkar edilərək götürülmüşdür.