KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri ...

06.07.2020

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadına məxsus içərisində pul, mobil telefon, açarlar və şəxsiyyət vəsiqəsi olan çantanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Həsənov saxlanılmışdır. 

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 18-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 40 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini O.Əzizov saxlanılmışdır.  

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 7-də Hövsan qəsəbəsi ərazisindəki mağazaların birindən 300 manat pul və 1700 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan bir yeniyetmə və S.Nağıyev saxlanılmışlar.