KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri ...

06.08.2020

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Gülməmmədova məxsus “Zongshen” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini M.Mirzəyev saxlanılmışdır.

Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazaların birindən 440 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “VAZ” markalı 3 avtomobildən maqnitofon, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri N.Manafov, R.İbrahimov və Bakı şəhər sakini S.İmanov saxlanılmışlar.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Ə.Rəcəbli küçəsində yerləşən avtomobillərin təmiri sexində işləyən F.Məmmədov avqustun 6-da bir nəfərin onun içərisində pulu və sənədləri olan pulqabısının açıq talama yolu ilə apardığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Alyasov qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.
 
Binəqədi RPİ-də araşdırma aparılır.