KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları ...

07.08.2020

Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən O.Nəsirova və T.Məmmədova məxsus avtomobillərdən maqnitofon, səsgücləndirici və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini V.Şumalov saxlanılmışdır.
 
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 13 qramdan çox, evinə baxış zamanı isə əlavə 12 kiloqram 550 qram marixuana aşkar edilərək götürülmüşdür.
 
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Yaxşıyevin evinə baxış zamanı oradan 4 kiloqram 757 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.