KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri ...

08.08.2020

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, qızıl-zinət əşyası, parfümeriya, oyun aparatı və 2 ədəd mobil telefon oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Rüstəmov saxlanılmışdır.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq etdiklərinə görə tutulmuş Z.Atapur və E.Həsənovla birgə olmuş digər şəxs - Qazax rayon sakini İ.Əhmədov da müəyyən edilərək saxlanılmışdır.Ətraflarında aparılmış tədbirlərlə onların daha bir mağazadan 2862 manat pul və 1000 manat dəyərində tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir.

Avqustun 7-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini K.Talıbovanın əlindən mobil telefonunu soyğunçuluq yolu ilə alıb qaçan şəxs Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.Araşdırmalarla onun Sabirabad rayon sakini A.Hüseynov olduğu müəyyən edilmişdir.Xəzər RPİ-də araşdırma aparılır.