KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən ...

09.08.2020

Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş A.Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 avtomobildən maqnitofon və akkumulyator, habelə 1 mağazadan 80 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisindəki  mənzillərin birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılmışdır.