KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət edən Əmircan qəsəbə sakini...

14.08.2020

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət edən Əmircan qəsəbə sakini Ə.Kərimov avqustun 12-də evinin qarşısından “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Suraxanı qəsəbəsi ərazisində maqnitofonu oğurlanmış vəziyyətdə tapılmışdır.Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və Z.Musayev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışlar.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş A.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini A.Ağayevanın 50 manat pulunu dələduzluq yolu ilə deyil soyğunçuluq yolu ilə alması, habelə bir evdən 120 metr elektrik naqili, bir mağazadan isə 60 manat pul, noutbuk, çantalar və qələmlər oğurlaması da müəyyən edilmişdir.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxtın Yasamal və Binəqədi rayonları ərazilərində 8 evdən ümumilikdə 15850 manat, 10000 ABŞ dolları və 15500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.