KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki...

16.08.2020

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat və 800 ABŞ dolları oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakini İ.Ağayeva saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Mercedes” markalı bir avtomobildən 8500 manat və  85 ABŞ dolları oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev saxlanılmışdır.

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə avqustun 14-də Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini X.Rəhimovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində minən bir nəfərin bıçaqla onu hədələyib 200 manatını alması barədə müraciət daxil olmuşdur.Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.Suraxanı RPİ-də araşdırma aparılır.