KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ...

19.08.2020

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 1144 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılmışdır.
 
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki evlərin birindən 12000 manat dəyərində elektrik məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədova saxlanılmışdır.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş İ.Qəhrəmanovdan 520,542 qram heroin götürülmüşdür.

Daxil olmuş məlumat əsasında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini E.Zərbəliyevdən 0,005 qr heroin götürülmüşdür E.Zərbəliyevə narkotik vasitəni satmış həmyerlisi, əvvəllər məhkum olunmuş T.Abdullayev də müəyyən edilərək saxlanılmış, onun üzərində şəxsi axtarış aparılan zaman 510 qram heroin götürülmüşdür.
Davam etdirilən tədbirlərlə T.Abdullayevə narkotik vasitəni satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də saxlanılmışdır. Xətai RPİ 34-cü PŞ əməkdaşlarının A.Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə  keçirdikləri baxış zamanı 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanıb götürülmüşdür.

Sabunçu Rayon Polis İdarəsinin 14 və 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş  Maştağa qəsəbəsi sakini Murad Əliyev tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd lüləyi kəsilmiş ov tüfəngi və 6 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini Elvin Muradov tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxs axtarış aparılan zaman 50 qram qurudulmuş marixuana, həmçinin ümumilikdə 295 ədəd güclü təsiridici psixotrop maddələr olan ekstazi və preqabalin həbləri aşkar olunaraq götürülüb. Elvin Murdov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan və xarici ölkələrdən birində yaşayan “Samir” adlı şəxsin sifarişi ilə Bakı şəhərində narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. Faktla bağlı  Elvin Muradov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunub. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi stiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.