KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 21-də Yasamal rayonu ərazisindəki ...

20.08.2020

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə avqustun 20-də bir nəfərin Bakı şəhər sakini Ə.Şalıyevi bıçaqla hədələyərək pulunu, şəxsiyyət vəsiqəsini və mobil telefonunu alması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Balakişiyev saxlanılmışdır.
Binəqədi RPİ-də araşdırma aparılır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Əhmədovu bıçaqla hədələyib quldurluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən paytaxt sakini M.Məmmədzadə saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Əhmədovu bıçaqla hədələyib quldurluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən paytaxt sakini M.Məmmədzadə saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində T.Cavadova məxsus “Kia” markalı avtomobildən sənədlər, 280 manat dəyərində  3 ədəd eynək və 2 ədəd yaddaş kartı oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş A.Abdullayev saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.Quliyevanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ə.Həsənzadənin içərisində pul və bank kartları olan pulqabısını və S.Abuşovanın çantasından 100 manat pul oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 34-cü PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 2 mağazadan 500 manat pul, 2800 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri X.Sultanov, Ş.Məmmədov və T.Abdullayev müəyyən edilərək saxlanılmışlar.