KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ əməkdaşlarının...

22.08.2020

Nərimanov RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Nəsibov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 450 qram marixuana aşkar edilərək götürülmüşdür.

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş İ.Aslanovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ö.Bəkirov saxlanılmış, digər şəxs isə müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.