KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları ...

23.08.2020

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən avqustun 23-də Suraxanı qəsəbəsi ərazisində 1 ədəd nömrəsi və markası silinmiş yivli 5 açılan tüfəng tapılmışdır.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də rayon ərazisində “Toyota” markalı avtomobildən 2500 manat dəyərində qaz sayğacı, su mühərriki və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Həmidov saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-nə keçən gecə rayon ərazisindəki mənzillərdən birinin girişindən 600 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini K.Rüstəmov saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  mayın 16-da rayon ərazisindəki köşklərin birindən 820 manat pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  avqustun 22-də rayon ərazisindəki tədris mərkəzlərinin birindən 1500 manat dəyərində 2 ədəd kompüter, 2 ədəd monitor, 2 ədəd görüntü kamerası oğurlamaqda və bir mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev saxlanılmışdır.