KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşları ...

26.08.2020

Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 700 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən  Bakı şəhər sakini R.Cahangirov saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-dən 24-dək olan müddətdə Ə.Firuziyə məxsus “Haouje” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Maksimov avqustun 26-da Ş.Bədəlbəyli küçəsində motosikleti idarə edərkən saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən avqustun 26-da rayon ərazisindəki mağazaların birindən 450 manat dəyərində şokolad və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Xudiyev saxlanılmışdır.