KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai rayonunda karantin rejimi qaydalarını pozan ...

29.08.2020

Xətai rayonunda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polislər tərəfindən tədbir həyata keçirilib. Nəticədə rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran  aşkarlanıb.Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının Telnov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, “Legenda – Music Hall Lounge” restoran - müsiqi əyləncə mərkəzinin qapalı zallarında və kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.
Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 46 müştəri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barələrində protokollar tərtib olunuraq, hər biri 200 manat. Obyektin icarədarı isə kobud inzibati qayda pozuntisina yol verərək sanitar-karantin qaydalarını pozduğu üçün  6000 manat cərimə edilib.Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı polis əməkdaşları tərəfindən zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

Bakıda xüsusi-karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən  masaj salonu aşkar edilib. Belə ki, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinə Xocalı prospekti 29 ünvanında yerləşən həmin obyektin fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gedib. Həmin ünvanda "Hamam Center" adı altında fəaliyyət göstərən iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub. Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən 10 qadını və 1 nəfər obyektin sahibi Azər Ağayevi saxlayaraq polis şöbəsinə gətiriblər. Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq  maddəsi ilə protokollar tərtib olunuraq, hər biri cərimə ediliblər.

Paytaxt ərazisində karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Nəticədə Nizami rayonu Məmmədəli Şərifli 84 B ünvanında "Bosman Pub" adı altında xüsusi karantin rejim qaydalarına əməl etməyən,qapalı məkanda fəaliyyət göstərən və sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan obyekt aşkar edilib. Həmin məkana baxış zamanı orada müştəri və xidməti personalla bərabər ümumilikdə 31 nəfərin xüsusi karantin qaydalarını pozduqları məlum olub. Həmçinin baxış zamanı obyektdə olan müştərilərin heç birinin sosial məsafə gözləmədiyi eləcə də tənəffüs yollarını qoruyan xüsusi tibbi maskalardan istifadə etmədikləri məlum olub. Obyekti icarə əsasında işlədən Bakı şəhər sakini Babək Qaçayev və digərləri saxlanılaraq polis idarəsinə gətiriliblər. Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 31 nəfər  barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub və onlar inzibati məsuliyyətinə cəlb olunublar.