KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının...

20.01.2021

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 398 qramdan artıq heroin və 104 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.
 
 
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini C.Quliyev yanvarın 19-da Azadlıq prospektindən “Yamaha” markalı motosikletinin qaçırıldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində motosikleti qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Vahidov müəyyən edilərək saxlanılmış, motosiklet yaşadığı evin həyətindən tapılmışdır.