KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurlanan avtomobil tapılıb

10.08.2021

Suraxanı RPİ 30-cu Polis Şöbəsinə avqustun 9-da rayon ərazisində nasaz vəziyyətdə olan “Toyota” markalı avtomobilin oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakinləri R.Əliyev, R.Ağalarov, A.Abbasov və paytaxt sakini N.Nəcəfov saxlanılmışlar. Avtomobil R.Əliyevin həyətində yarısökülü vəziyyətdə tapılmışdır.