KRİMİNAL XRONİKA

Əsas səhifə

Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

09.08.2021

Avqustun 8-də paytaxt sakini R.İsgəndərov Nizami RPİ 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 4-də bir nəfərin ona məxsus içərisində 1200 manat olan pul kisəsini açıq talama yolu ilə aparıb, “Mercedes” markalı avtomobilində hadisə yerini tərk edərkən onun paltarından tutub getməsinə mane olmasını, avtomobili hərəkətə gətirib onu 10-15 metr sürüyərək ayaq və qollarına xəsarət yetirməsini bildirmişdir.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Səfərzadə saxlanılmışdır. Şəxsi axtarış və idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı ümumilikdə 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.