KRİMİNAL XRONİKA

Əsas səhifə

Quldurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

14.08.2021

Sabunçu RPİ 12-ci Polis Şöbəsinə avqustun 14-də iki nəfərin rayon ərazisində yerləşən metal qəbulu məntəqəsinə gələrək orada işləyən şəxsi döyüb, oradan 900 manat və 500 manat dəyərində mobil telefon aparmaları barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Fərmanov və Balaxanı qəsəbə sakini N.Sadıqov müəyyən edilərək saxlanılmışlar.    

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.