KRİMİNAL XRONİKA

Əsas səhifə

Quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

21.08.2021

Səbail RPİ 41-ci Polis Bölməsinə avqustun 12-də Şıx çimərliyində bir nəfərin paytaxt sakini R.Nağıyevə məxsus “Qazel” markalı avtomobildən 3500 manat pul, 750 manat dəyərində 2 ədəd mobil telefon və qohumu R.Abbasova məxsus 600 manat dəyərində mobil telefonu oğurlayıb, “TOFAŞ” markalı avtomobillə hadisə yerini tərk etmək istəyən zaman R.Nağıyevin və R.Abbasovun onu saxlamağa cəhd etməsi, lakin həmin şəxsin və avtomobildəki digər şəxsin onları bıçaqla hədələyərək hadisə yerini tərk etmələri barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri S.Aydınov və O.Hənifəyev müəyyən edilərək saxlanılmışlar.